Böyük İpək yolu hansı məqsədlər üçün istifadə olunurdu?
O, Çin dövlətinin himayəsini qəbul etmək istədi, lakin türk qızından olan qardaşı Çiçi ona qarşı çıxdı və mərkəzi şəhəri tutub tanhu oldu. Beləliklə, Böyük Hun imperiyası iki hissəyə: qərb və şərq hunlarına parçalandı.
E.ə. 36-cı ildə qərb hunları ərazilərini genişləndirdilər. Elə həmin ildə çinlilər Qərbi Hun dövlətinin paytaxtını — Ötükən şəhərini tutdular. “Böyük İpək yolu” üzərində yerləşən şəhərlər qarət edilib dağıdıldı. Qərb hunları Ural dağlarına tərəf çəkildilər. Şərq hunları isə çinlilərin hakimiyyətini qəbul etdi. Bir müddət onların bir hissəsi qərbə köç edərək qərb hunlarına qarışdılar. Bu tayfalardan çinlilər içərisində öz varlıqlarını qoruyub saxlayanlar sonralar qüdrətli Göytürk dövlətinin yaradılmasında mühüm rol oynadılar.
Din və mədəniyyət. Hunlar səma, yerüstü, yeraltı tanrılara və ruhlara inanırdılar. Ən ulu səma tanrıları Günəş və Ay tanrıları sayılırdı.
Qədim hunların inancına görə pis ruhlar yeraltı dünyanı idarə edən Yerlik tanrıya tabe idilər. Ruhlarla insanlar arasında münasibət yaradan adam şaman adlanırdı.
Hunlar dəfn zamanı ölənlərin qiymətli əşyalarını onların məzarına qoyurdular.