Qədim hunlara aid silahlar və hərbi geyim nümunələri:
a) Ox ucluqları və oxqabı; b) qızıl kəmər;
c) xəncər, xəncər dəstləri və xəncərqabı; ç) yay və ox; d) qızıl dəstəkli xəncər
Hun imperiyasının parçalanması. Çindən Mərkəzi Asiya və Avropaya gedən “Böyük İpək yolu”na nəzarət uğrunda hunlarla çinlilər arasında mübarizə gedirdi. E.ə. 58-ci ildə anası çinli olan şahzadə Hun hökmdarı seçildi.
Hun dövlətinin parçalanma səbəbini izah edin.