Sonralar isə iskitlər midiyalılara yox, Assur dövlətinə yardım etdilər. Nəticədə Midiya isti altına düşdü. İskit tayfaları Midiyada bir müddət ağalıq etdilər. E.ə. VI əsrin əvvəllərində Midiya hökmdarı onları ön Asiyadan çıxartdı və Kimmer—İskit—Sak padşahlığı süqut etdi.
İskit dövləti. E.ə. IV əsrdə iskitlərin Şərqi Avropada da bir padşahlığı mövcud idi. Bu dövlət Don və Dunay çayları
Kimmerlər ovda
İskit dövlətlərinin meydana gəlməsi, inkişaf və tənəzzül dövrlərini fərqləndirin.
arasında yerləşirdi. Neapol şəhəri dövlətin paytaxtı idi. İskitlər öz ərazilərini qərbə doğru genişləndirməyə çalışırdılar. Onlar qonşuluqdakı yunan şəhər-dövlətlərinin bir qismini tabe etdilər. İskitlər həm də bu ərazilərdən keçən beynəlxalq taxıl ticarətini də ələ keçirməyə çalışırdılar. İşğalçı müharibələr və yadelli basqınları İskit dövlətini zəiflətdi. III əsrin 2-ci yarısında qot tayfalarının hücumu nəticəsində İskit dövləti süqut etdi. Sağ qalan iskitlər azadlıqları ilə yanaşı, dillərini və adətlərini də itirib bir xalq kimi tarix səhnəsindən silindilər və digər türk tayfaları ilə qaynayıb-qarışdılar.