Altay diyarında, Pazırıq dərəsində e.ə. V-III əsrlərə aid kurqanlar açılmışdır. Zəngin maddi mədəniyyət nümunələri əldə olunmuşdur. Alimlərin fikrincə, uzun minilliklər ərzində buz qatının altında qaldığına görə onlar məhv olmamışdır. Üzəri xırda daş, çınqıl və mamırla örtülmüş bu 5 kurqan Altay-İskit dövrünün nadir tapıntısı hesab olunur.
Sibirin cənubunda və Qazaxıstan çöllərində qədim türk tayfalarına məxsus kurqanlar, torpaq qəbirləri öyrənilmişdir.
İssık gölü yaxınlığında yerləşən Eşikdə zəngin tapıntılara malik kurqan açılmışdır. Esik kurqanından e.ə. V əsrə aid 26 hərfdən ibarət yazı nümunələri tapılmışdır. Qədim türklərin yaşadığı ərazilərdə aparılan arxeoloji qazıntılar əhalinin zəngin şəhər mədəniyyətinə malik olduğunu aşkara çıxarmışdır. Dulusçuluq, metalişləmə sənətində uğurlar qazanılmışdır.