Mərkəzi Asiya xalqlarının Makedoniyalı İskəndərə qarşı mübarizəsini təsvir edin.
Makedoniyalı İskəndərin Şərqə yürüşü nəticəsində Əhəmənilər imperiyası süqut etdi. Əhəmənilərin hakimiyyəti altında olan ölkələr müstəqillik qazandılar. Bu dövlətlərdən biri də Xarəzm idi.
Xarəzm hökmdarı Makedoniyalı İskəndərin yanına elçilər göndərmiş və ona müttəfiq olmağı təklif etmişdi. İskəndər bu təklifi qəbul etməmiş, Səmərqəndi tutmuş və Sırdərya çayı tərəfdə istehkamlar tikdirmişdi.
Bu dövrdə baktriyalılar və soqdianalılar İskəndərə qarşı döyüşə hazırlaşırdılar. İskəndər bu təhlükəni qabaqlayaraq saklara qarşı yürüşə çıxmışdı.
Soqdianada sərkərdə Spitamenin çağırışı ilə yerli əhali yadellilərə qarşı mübarizəyə qalxdı. İskəndər döyüşdə qalib gəlsə də, onların mübarizə əzmini qıra bilmədi. Spitamen döyüş meydanında həlak oldu, lakin xalq qəhrəmanı kimi yaddaşlarda qaldı.
Makedoniyalı İskəndərin yaratdığı böyük imperiya onun ölümündən sonra sərkərdələri arasında bölündü. Mərkəzi Asiya Selevkin yaratdığı dövlətin tərkibinə daxil oldu, lakin başqa imperiyalar kimi Selevkilər dövləti də parçalandı. Baktriya və Parfiya Selevkilər dövlətindən ayrıldı.
Mədəniyyət. Türklərin ən qədim tarixi arxeoloji qazıntılar nəticəsində tapılan maddi mədəniyyət nümunələri əsasında öyrənilmişdir.