Türk tayfalarının təsərrüfat həyatında maldarlıq əsas yer tuturdu. Yeni otlaq sahələri ələ keçirmək və yadelli basqınlarından qorunmaq üçün ailə və ya toplum halında öz yaşayış məskənlərini dəyişirdilər.
Türk tayfaları olan hunlar şərqə və cənuba köç etmiş, Ural və Volqa çaylarını keçərək qərbə yayılmışlar. Onların bir hissəsi Şimali Qafqaza, bir hissəsi isə Qara dəniz sahillərinə gəlmişdir. Şimali Qafqaza gələn türklərin bir qismi Dərbənd keçidini keçərək, Azərbaycan və ön Asiyada yerli türk tayfaları ilə qaynayıb- qarışmışdı.
Vahə* dövlətləri. Əhəməni imperiyasının mövcud olduğu zamanlarda Mərkəzi Asiyada olan vahə dövlətləri Baktriya, Xarəzm və Soqdiana ona tabe idi.
Tayfaların köç etməsinin səbəbləri nə idi?
Vahə dövlətlərinin yerləşdiyi əraziləri müasir dövrün xəritəsində göstərin, onlardan biri haqqında mətn hazırlayın.
* Vahə — səhrada və ya çöldə suyu və yaşıllığı olan sahə