Bu dövlətlər Roma işğalına qarşı Parfiya ilə birgə mübarizə aparmışdılar. Zaman keçdikcə çoxsaylı müharibələr Parfiya dövlətini zəiflədir, bir çox əyalət hakimləri mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Onlar arasında hakimiyyət uğrunda mübarizə güclənirdi.
Parfiya mədəniyyəti. Parfiya dövlətində şəhər mədəniyyəti, sənətkarlıq və ticarət inkişaf etmişdi. Böyük İpək yolunun üzərində yerləşən Parfiya dünya ticarətində mühüm rol oynamışdır. Parfiyalılar öz ərazilərindən keçən karvanların qorunmasına xüsusi fikir verir, lakin Çin tacirlərinə Roma ilə birbaşa əlaqə saxlamağa icazə vermirdilər. Parfiya mədəniyyətinə yunan mədəniyyətinin güclü təsiri olmuşdur. Bunu Parfiya pullarının üstündəki yunan yazılan da sübut edir.
Parfiya—Roma münasibətləri haqqında mətn tərtib edin.