Xəritəyə əsasən Parfiya dövlətinin hansı müasir ölkələrin ərazilərini əhatə etdiyini müəyyənləşdirin.
Parfiya dövlətinin süqut etməsinin səbəblərini müəyyən edin.
Bu zaman Roma imperiyası da ərazisini Şərqə doğru genişləndirməyə çalışırdı. Onların Şərqə doğru yürüşlərinə Parfiya mane olurdu. Bu səbəbdən Parfiya və Roma dövlətləri arasında toqquşmalar baş verirdi.
Roma dövləti Parfiyaya qarşı böyük ordu göndərdi. E.ə. 53-cü ildə Şimali Mesopotamiyada partiyalılar Roma ordusunu məhv etdilər. E.ə. 38-ci ildə olan döyüşdə isə romalılar qələbə qazandılar. 200 ildən çox davam edən Roma—Parfiya qarşıdurmasında tərəflərdən heç biri həlledici qələbə qazana bilmədi.
Parfiya dövləti mövcud olduğu bütün dövr ərzində qədim Azərbaycan dövlətləri Atropatena və Albaniya ilə siyasi, iqtisadi və mədəni əlaqələr saxlamışdır.