Beləliklə, Kiaksar Midiyanı ön Asiyanın qüdrətli dövlətinə çevirdi.
Midiya əhalisinin məşğuliyyəti. Midiyada əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq idi. Dulusçuluq, toxuculuq,
metalişləmə əsas sənətkarlıq sahələri idi. Dövlətin ərazisindən dəmir, qurğuşun, qızıl və s. metalların çıxarılması metalişləmə sənətinin daha da geniş yayılmasına səbəb olmuşdu.
Ölkə ərazisində neft də çıxarılırdı. “Midiya yağı” adlanan neftdən, əsasən, hərbi məqsədlər üçün istifadə edilirdi.