E.ə. VII əsrdə Assur dövləti ilə Midiya arasında toqquşma oldu. Döyüşdə midiyalılar məğlub oldular. Əvvəl midiyalılarla dostluq edən kimmer, iskit və sak tayfaları bu döyüşdə assurlara kömək etdilər. Sonralar Midiya iskitlərdən asılı vəziyyətə düşdü. Burada 50 ilə yaxın iskitlər ağalıq etdi.
Midiyanın işğalları. Deyokun nəvəsi Kiaksar Midiyada İskit ağalığına son qoydu. Kiaksar hərbi islahat keçirdi. Midiya ordusunu yenidən qurdu, onu nizəçi və oxatan dəstələrinə böldü. Süvariləri (atlıları) piyadalardan ayırdı. Güclü nizami ordu yaratdı. Bundan sonra Midiya geniş işğallara başladı.
Kiaksarın dövründə Midiyanın ərazisi çox genişləndi. Kiaksar Assur dövlətinə qarşı Babillə ittifaqa girdi. Süqut etmiş Assur dövlətinin torpaqları Midiya və Babil arasında bölüşdürüldü. Bundan sonra Midiya Manna və Urartunu da işğal etdi.
Midiya-Assur münasibətlərini şərh edin.
Kiaksan tarixi şəxsiyyət kimi dəyərləndirin.