Finikiyalıların döyüş və ticarət gəmiləri
Finikiya şəhərlərinin daha çox dəniz yolu ilə ticarət əlaqələri saxlamasının səbəbini izah edin.
Cənubi Mesopotamiyadan, Misirdən gələn yollar burada birləşirdi. Burada Tir və başqa şəhərlər yaranmışdı.
E.ə. 2-ci minillikdə finikiyalılar ən yaxşı gəmiqayıranlar və dənizçilər kimi tanınırdılar. Finikiyalılar iki cür gəmi düzəldirdilər: hərb gəmiləri və ticarət gəmiləri. Hərbi gəmilərin metaldan hazırlanmış şiş burnu döyüş vaxtı düşmən gəmilərini yanlardan vurur, onları deşirdi.
Dənizçilər gəmilərlə Aralıq dənizi boyunca üzür və Atlantik okeanına çıxırdılar. Aralıq dənizi xalqları içərisində ilk dəfə finikiyalılar açıq dənizdə üzməyə başlamışdılar. Finikiya tacirləri dəniz yolu ilə ticarət aparır, Finikiya, Misir və Babil mallarını Yunanıstanda, yunan mallarını isə Şərqdə satırdılar.