Hökmdar Hammurapinin qanunlarından. “Mən, Hammurapi, tanrılar tərəfindən qoyulmuş başçı, Fərat çayı ətrafındakı kəndləri tabe edən şahların ən birincisi ölkəyə haqq və ədalət gətirdim.
Əgər bir adam məbədin və ya şahın əmlakını oğurlayarsa, o öldürülməlidir.
Əgər bir adam qaçmış qulu gizlədərsə, o öldürülməlidir.
Əgər kimsə qulun damğasını kəsib götürərsə, onun barmaqları kəsilməlidir.
Əgər bir adam başqasının qulunu öldürərsə, bunun əvəzində öz qulunu ona verməlidir.
Əgər bir adam başqasının öküzünü öldürərsə, bunun əvəzinə öz öküzünü ona verməlidir.
Əgər bir adamın borcu varsa, onun arvadı, oğlu və ya qızı 3 il müddətinə qul olmalıdır, dördüncü il onlar azad edilməlidir.
Əgər bir adam özünə bərabər bir adamın üzünə şillə vurarsa, cərimə verməlidir.
Əgər bir adam özündən artıq bir adamın (yəni əyanın, kahinin) üzünə şillə vurarsa, o, öküz gönündən hazırlanmış qamçı ilə 60 dəfə qamçılanmalıdır.
Mən, Hammurapi, ədalətli padşaham, bu qanunları mənə Günəş tanrısı bağışlamışdır”.
Hammurapi qanunlarını oxuyun. Bu qanunların müsbət və mənfi tərəflərini qeyd edin.