Qulların vəziyyəti çox ağır idi. Qulları alıb-satırdılar. Qul əşya hesab olunurdu. Dövlət və məbəd təsərrüfatında işləyən qulların sayı daha çox idi. Qullar heyvan kimi damğalanırdı.
Babil mədəniyyəti. Arxeoloqlar Qədim Babildə memarlığın inkişafından xəbər verən qala divarlarının, məbəd və sarayların qalıqlarını aşkar etmişlər. Buradan üzərində yazılar olan gil lövhələr tapılmışdır. Gil lövhələrdə mixi yazılarla əfsanələr, salnamələr, qanunlar əks olunmuşdur. Babillilər təqvim də yaratmışdılar.
Babil mddəniyydtinin xüsusiyyətldrini izah edin.