Qanunlarda borc və faiz, ticarət, torpaq, cinayət və s. məsələlərə aid maddələr var idi.
Hammurapi qanunlarında Qədim Babildə quldarlar, qullar, azad adamlar və hərbçilərdən bəhs olunur. Qanunların bütün maddələri quldarların mənafeyini müdafiə edirdi. Qanunlar qulla azad adam arasında kəskin fərq qoyurdu. Borc və faizi vaxtında ödəyə bilməyən azad adam qula çevrilirdi.
Hammurapi qanunlarına görə, qul övladları anadangəlmə kölə hesab edilirdi. Qulun ailə üzvləri və əmlakı ağaya məxsus idi. Valideynlərindən biri azad olan övlad azad adam hesab olunurdu.
Hammurapi qanunlarına əsasan qulların vəziyyətini təsvir edin.
Hammurapi qanunlarının mahiyyətini izah edin.