Qədim yunan müəllifləri öz əsərlərində Babili Vavilon adlandırmışlar.
Hammurapi və onun qanunları. Qədim Babil dövlətinin ən qüdrətli hökmdarı Hammurapi olmuşdur.
Hammurapi kanalların, yolların çəkilməsinə, yeni binaların tikilməsinə, əkin sahələrinin genişləndirilməsinə, bağçılığın, maldarlığın, sənətkarlıq və ticarətin inkişafına böyük diqqət yetirirdi. O, bütün ölkə üçün vahid qanunlar toplusu tərtib etmişdi. Bu qanunlar qara bazalt* daş üzərinə həkk olunmuşdu.
* Bazalt — bərk vulkanik süxur