Mixi yazını sonralar şimalda yaşayan akkadlar, babillər və assurlar da mənimsədilər.
Şumerlilər sənətin müxtəlif sahələri ilə məşğul olurdular. Onların arasında dulusçuluq sənəti və memarlıq yaxşı inkişaf etmişdi. Mesopotamiya memarlığına xas olan zikkurat 3, 5, 7 mərtəbədən ibarət pilləli məbədlər idi. Zikkuratın yuxarı qatında kiçik ibadətgah yerləşirdi. Zikkuratdan səma cisimlərini müşahidə etmək üçün
rəsədxana kimi də istifadə olunurdu. Memarlar əzəmətli, gözəl məbəd və saraylar tikməyi bacarırdılar.
Zikkuratlann mahiyyətini dəyərləndirin.