Orada tanrıları və fironları əks etdirən müxtəlif abidələr qoyulurdu. Bu cəhətdən firon Tutanhamonun sərdabəsi öz zənginliyi ilə seçilir.
Elm. Misirlilər hesab və həndəsə sahəsində biliklərə malik idilər. Onlar dəqiq riyazi hesablamalarla tikinti işləri aparırdılar. Misirlilər onluq hesablama sistemini — 1, 10, 100, 1000, 10000, 100000-ni yaratmışdılar. Hətta milyonu bildirən işarə
Misirlildrin elm sahəsində qazandığı uğurları dəyərləndirin.
də var idi. Bu işarə təəccübdən əllərini yuxarı qaldırmış insan təsviri şəklində verilirdi. Misirlilər düzbucağın, üçbucağın, trapesiya və dairənin sahəsini hesablaya bilirdilər. Astronomiya sahəsində müəyyən elmi təsəvvürlər var idi. Misir alimləri planeti ulduzdan fərqləndirir, ulduzların xəritəsini çəkə bilirdilər. Misirlilər su və günəş saatı ixtira etmişdilər. Onlar təqvim yaradıb ili 12 aya, gecə və gündüzü 24 saata bölmüşdülər. Təqvimdə hər ay 30 gündən ibarət idi. İlin sonuna 5 gün əlavə edirdilər. Bu hesabla bir il 365 gündən ibarət idi.