Piramidalar, Sfinks, heroqliflər, su və günəş saatı
Misirlilərin dini görüşlərini şərh edin.
Din. Qədim misirlilər Günəşə, Aya, Nil çayına, heyvanlara və müxtəlif əşyalara sitayiş edirdilər.
Tanrılar heyvan, yaxud quşbaşlı insan görkəmində təsvir olunurdu.
Piramidalar. Qədim Misirdə fironun şəxsiyyəti ilahiləşdirilmişdi. Ona yer üzünün tanrısı kimi sitayiş olunur və itaət edilirdi.
Fironun qeyri-adi qüdrətə malik olmasını göstərmək üçün piramidalar tikilirdi. Yaşı min illərlə ölçülən piramidalar müasir dövrümüzə qədər gəlib çatmışdır. İlk piramida firon Coserə məxsus idi. Onun hündürlüyü 60 metrdir.