Misirin qonşu ölkələrlə münasibəti necə idi?
I Tutmos Aralıq dənizinin şərq sahilindəki dövlətlərə yürüş etmiş, Fərat çayına kimi gəlib çatmışdı.
Daha sonra Misiri idarə edən III Tutmosun hakimiyyəti dövründə Ön Asiya ölkələrini firona tabe olan canişinlər idarə edirdilər. Qonşu ölkələrlə geniş əlaqələr saxlanılırdı. Nubiyadan Misirə qızıl, Suriya, Fələstindən mis, Babilistan və Finikiyadan tikinti üçün ağac gətirilirdi.
Firon II Ramzes Misirin yeni genişmiqyaslı işğalçı yürüşlərinə başladı. E.ə. XIII əsrin əvvəllərində II Ramzes het tayfalarını məğlub etdi və onlarla sülh bağladı. Fələstin, Finikiya və Suriyanın cənubu yenidən Misirin hakimiyyəti altına keçdi.
II Ramzes ölkədə quruculuq işləri həyata keçirməyə başladı.