Papirus lövhələrinin hazırlanması
İlk vaxtlar nomların sayı çox idi. Nomların mərkəzi müdafiə divarları ilə əhatə olunurdu. Hökmdara, əyanlara məxsus saraylar, baş tanrının məbədi burada yerləşirdi. Hər bir nomun öz hökmdarı, özünəməxsus dini və tanrıları vardı.
Nomlar arasında daim rəqabət gedirdi. Hər nomun hökmdarı istəyirdi ki, zəif nomları özünə tabe etsin. Nomlar birləşdikcə onların sayı azaldı və e.ə. 4-cü minilliyin 2-ci yarısında iki müstəqil padşahlıq — Yuxarı Misir və Aşağı Misir yarandı. Hakimiyyət rəmzi olaraq Yuxarı Misir hökmdarı ağ tac, Aşağı Misir hökmdarı qırmızı tac qəbul etmişdi. Bu iki padşahlıq arasında uzun müddət vahid Misir dövləti yaratmaq uğrunda mübarizə gedirdi. E.ə. 4-cü minilliyin sonunda bu mübarizə iqtisadi və hərbi cəhətdən daha güclü olan Yuxarı Misirin qələbəsi ilə başa çatdı. Vahid Misir dövləti yarandı.