Çay sularının gətirdiyi mineral maddələrlə zəngin olan lil vadidə çöküntü təbəqəsi yaradırdı. Nilin gətirdiyi lilli qara torpaq asanlıqla şumlanırdı. Beləliklə, Nil vadisindəki torpaqlar əkinçilik üçün çox münbit və məhsuldar olurdu. Ona görə də qədim misirlilər öz ölkələrini “Qara torpaq” adlandırırdılar. Vadidə əhalinin məskunlaşdığı məntəqələri və əkilən torpaq sahələrini daşqından qorumaq məqsədilə Nil sahili boyunca damba deyilən bəndlər tikilirdi. Bəndlər təpə formasında olur və doğranmış qamış qatılan gildən qurulurdu.
Misirdə süni suvarma inkişaf etmişdi. Hündürdə yerləşən tarlalara, bağlara su vermək üçün şadufdan* istifadə olunurdu.
Nil vadisində müxtəlif növ bitkilər bitirdi. Bunlardan ən əhəmiyyətlisi papirus qamışı idi. Qədim misirlilər papirus qamışından kiçik lövhələr kəsir və bu lövhələrin üzərinə yazı yazırdılar.
Qədim Misirdə dövlətlərin yaranması. Nil vadisində əkinçi və maldar tayfalar məskunlaşmışdı. Bu tayfalar öz aralarında birləşərək böyük birliklər yaradır və geniş torpaq sahələri ələ keçirirdilər. Onlar “nom”* adlanırdı.
Vahid Misir dövlətinin yarandığı şəraiti təsvir edin.
* Şaduf - | torpağa basdırılmış dirəkdən və hərəkət edən şüvüldən (düz uzun çubuq) ibarət idi. Onun bir ucuna daş, o birinə dəri tuluq bağlanırdı. |
* Nom - | yunanca “vilayət” deməkdir. |