Nil, damba, şaduf, nom, firon, çati, “canlı ölülər”
Qədim Misirin coğrafi mövqeyini təsvir edin.
İbtidai icma quruluşu dağıldı. İnsanlar arasında bərabərsizlik formalaşdı. İlk dövlətlər yarandı. Bu dövlətlərdən biri qədim Misir dövləti idi.
Misirin coğrafi mövqeyi. Misir Afrikanın şimal-şərqində yerləşir. Bu ölkənin ərazisindən dünyada ən uzun çaylardan biri olan Nil çayı keçir. Qədim misirlilər Nili “Böyük çay” da adlandırmışlar. Nil çayı Aralıq dənizinə tökülür.
Misirin coğrafi mövqeyi ticarət üçün çox əlverişli idi. Misirlilər bir çox ölkələrlə quru və su yolları vasitəsilə əlaqə saxlayırdı. Dağlıq ərazidən müxtəlif növ tikinti daşları və qiymətli daşlar (zümrüd, firuzə və s.) əldə edilirdi.
Nil daşqınları. Nil çayı yaz fəslində daşaraq öz məcrasından (axarından) çıxırdı.