Tunc dövründə qədim əhalinin dini görüşlərini şərh edin.
Qədim kurqan
Yazını papirus qamışından hazırlanan lövhələr, gil lövhələr, daş, dəri və s. materiallar üzərində yazırdılar.
Din. İbtidai insanların təsərrüfat həyatı ilə bağlı dini görüşləri formalaşırdı. Ovçular uğurlu ov üçün, əkinçilər günəşin çıxması və yağışın yağması üçün fövqəltəbii* qüvvələrə dua edirdilər. İnsanlar fövqəltəbii qüvvələrin bütlərini düzəldir və bu bütlərə sitayiş edirdilər.
İbtidai insanlar elə düşünürdülər ki, ölümdən sonra da həyat davam edir. Ona görə də ölünü dəfn edərkən, onun yanına müxtəlif bəzək, məişət əşyaları və silahlar qoyurdular.
Ölülər müxtəlif cür dəfn olunurdu. Qəbir abidələri də müxtəlif olurdu. Hökmdar hakimiyyətinin böyüklüyünü göstərmək üçün müxtəlif abidələr tikilir, qayalar çapılaraq sərdabələr* hazırlanırdı. Tayfa başçıları və varlı adamların qəbri üzərində kurqanlar* qurulurdu. Ölülər daş qutu* və torpaq qəbirlərdə dəfn edilirdi.
* Fövqəltəbii — varlığı isbat olunmayan, dini, əfsanəvi anlayış
* Sərdabə — qaya altında yonulmuş qəbir
* Kurqan — torpaq təpə
* Daş qutu — dörd tərəfi və üzəri sal daşlardan ibarət olan qəbir