Son Tunc və İlk Dəmir dövründə sosial təbəqələşmə
Dövlətin əlamətləri. Hökmdar dövlətin başında dururdu. Hökmdara tabe olan tayfaların yaşadığı ərazilər dövlətin ərazisi idi. Qədim dövlətlər çox zaman daha iri yaşayış mərkəzlərində formalaşır və qala-şəhər onun paytaxtına çevrilirdi. Dövlətin ordusu yaranırdı. Ordu piyada və atlılardan ibarət olurdu.
Dövlətin bütün sərvəti—pulu, daş-qaşı və s. qiymətli əşyaları xəzinədə toplanırdı. Alınan vergilər də xəzinəyə daxil olurdu.
Yazı. Dövlət yarandığı dövrdə yazı meydana gəldi. İctimai binaların, müdafiə qalalarının və divarlarının tikilməsində, piramidaların qurulmasında hesablamalar yazı ilə aparılırdı. Müqavilələrin bağlanmasında yazıdan istifadə olunurdu. Dövlətin ərazisində yaşayan kəndliləri siyahıya alırdılar. Hər bir kəndlinin torpağı, malqarası, meyvə ağacı və ya borcu qeydə alınırdı.