Antik dövrdə elm, ədəbiyyat və yazıda qazanılan uğurları müəyyən edin.
İlk xristianların gizli fəaliyyət göstərməsinin səbəbini söyləyin.
Antik* mədəniyyət Avropa ölkələrinin mədəni inkişafı üçün əsas olmuşdur.
Xristianlığın yaranması. I əsrdə Fələstində dünya dinlərindən biri olan xristianlıq meydana gəldi. Xristianlar icmalarda birləşir, birlikdə ibadət edir, öz bayramlarını keçirirdilər. Vahid tanrını tanıdığına, imperatorlara sitayiş etməkdən boyun qaçırdığına görə Romanın hakim dairələri onların yığıncaqlarını qadağan edirdi. Buna görə də xristianlar gizli fəaliyyət göstərməyə məcbur idilər. Xristian icmalarını birləşdirən təşkilat — kilsə yarandı. Kilsə xristianların fəaliyyətinə rəhbərlik edirdi.
313-cü ildə imperator Konstantin xristianlara açıq ibadət etməyə və məbədlər tikməyə icazə verdi. Konstantin ölümqabağı özü də xristianlığı qəbul etdi.
* Antik — “antikvus” sözündən olub, qədim deməkdir.