İmperator Trayanın şərəfinə Romada təqribən 40 metr hündürlüyündə sütun ucaldılmışdı. Sütuna lent kimi sarınan mərmər relyefdə* imperatorun hərbi yürüşü və döyüş səhnələri təsvir edilmişdi. Sütunun zirvəsində isə Trayanın heykəli qoyulmuşdu.
Romalılar yunan və Şərq memarlıq üsullarından geniş istifadə edirdilər. Roma memarları betonu ixtira etdilər. Onlar tağşəkilli örtüklər (arkalar) və günbəzlər tikməyi bacarırdılar.
Şəhərdə isti və soyuq hovuzları olan termlər* — hamamlar tikilirdi. Termlərdə istirahət zalları və kitabxanalar da var idi.
Sirk, cıdır meydanı tikilmişdi. Cıdır meydanında at yarışları keçirilirdi.
Roma müəllifləri tragediya və komediyalar tamaşaya qoyurdular. Qladiator döyüşləri və döyüş arabalarının ötüşməsi romalılar üçün çox maraqlı olurdu.
Qədim Roma incəsənəti. Qədim Romada təsviri sənət, heykəltəraşlıq və bədii sənət inkişaf etmişdi.
* Relyef — qabarıq təsvir
* Term — yunanca “termos” sözündən olub, isti deməkdir.