Kolizey amfiteatrı, xristianlıq, Panteon
Qədim Roma memarlığı. Roma qüdrətli dövlətə çevrildikdən sonra onun paytaxtı Roma şəhəri Aralıq dənizi sahillərində ən iri şəhər oldu.
Romanı “Əbədi qızıl şəhər” və ya sadəcə “Şəhər” adlandırırdılar.
Romada zəfər tağları ən çox yayılmış memarlıq abidələri idi. Təntənəli günlərdə imperatorlar bu tağların altından keçirdilər.
İmperator Avqustun əmri ilə Romanın ətrafında göl yaradılmışdı. Burada dəniz döyüşü tamaşaları göstərilirdi.
İmperatorlar şəhərin forum adlanan mərkəzi meydanında və onun ətrafında abidələr ucaldır, möhtəşəm məbədlər və başqa ictimai binalar tikdirirdilər.
Romanın ən əzəmətli binalarından biri Kolizey amfiteatrı* idi. Kolizeydə qladiator döyüşləri keçirilir və teatr tamaşaları göstərilirdi.
Şəhərin ən gözəl memarlıq abidələrindən biri də Panteon* idi.
* Kolizey amfiteatrı — latınca “kolosseus”
sözündən olub, böyük, iri, amfiteatr —
tamaşagah deməkdir.
* Panteon — bütün tanrıların məbədi deməkdir.