“Vandallar Romada” adlı təqdimat hazırlayın.
On minlərlə romalı öldürüldü və qul edildi. Vandallar heykəlləri sındırır, kitabları məhv edir, evləri yandırırdılar. Onların törətdiyi dağıntılar o qədər dəhşətli idi ki, aradan əsrlər keçməsinə baxmayaraq, indiki dövrdə də belə hərəkət edənlər, maddi və mənəvi dəyərləri məhv edənlər “vandal” adlandırılır.
476-cı ildə german tayfaları Qərbi Roma imperatorunu taxtdan saldılar. Qərbi Roma imperiyası süqut etdi. Qərbi Roma imperiyasının süqut etdiyi il həm də qədim dünya tarixinin sonu hesab olunur.
“Qüdrətli Roma imperiyası hansı səbəbdən zəiflədi və parçalandı?” müxtəlif mənbələrdən əlavə məlumat toplayın.