Şərqi Roma imperiyasına isə Balkan yarımadası, Misir, Romanın Asiyadakı torpaqları daxil oldu. Artıq zəifləmiş Qərbi Roma imperiyasına V əsrin əvvəlində german tayfaları olan qotlar, vandallar hücum etdilər.
V əsrin ortalarında hunlar Romaya yürüş etdilər. Hunlar Roma qapılarına çatanda Roma papası bir qrup adamla hunların başçısı Attilanı qarşıladı və dedi: “Səni salamlayıram, Allahın bəlası!” Roma papası bildirdi ki, o, Attilanın bütün şərtlərini qəbul edir, təki Attila şəhərə daxil olmasın. Attila bu təklifi qəbul edib, ordusunu geri çəkdi.
Qərbi Roma imperiyasının süqutu. Vandallar bir sıra Avropa ölkələrini tutaraq, oradan Afrikaya köç etmiş, Romanın Afrikadakı əyalətində Vandal krallığı yaratmışdılar. Vandallar Afrikadan İtaliyaya keçib asanlıqla Roma şəhərini tutdular.