Romada təsərrüfatı inkişaf etdirmək məqsədilə quldarların hansı addım atdığını müəyyən edin.
O, Parfiyaya da yürüş etdi və onun paytaxtı Ktesifonu tutdu, lakin işğal olunmuş ərazilərdə baş verən üsyanlar onu geri qayıtmağa məcbur etdi. Beləliklə, Trayan Partiyanın fəthini başa çatdıra bilmədi.
Quldarlıq təsərrüfatının tənəzzülü. Romada təsərrüfat inkişaf edirdi. Su dəyirmanları, çoxgavahınlı kotan, yeni biçin alətləri ixtira olundu. Quldarlıq texnikanın inkişafını ləngidirdi. Qulların öz əməklərinə marağı az idi. Öz əməklərinin nəticəsinə maraqlı olsunlar deyə bəzi quldarlar öz torpaqlarını kiçik sahələrə bölərək qullara və azad kəndlilərə icarəyə verirdilər. Torpaq alan qullara “daxmalı qullar”, azad kəndlilərə isə kolonlar* deyilirdi. Kolonlardan fərqli olaraq, “daxmalı qullar” azad deyildilər. II əsrdə Roma imperatoru qulların öldürülməsini qadağan etmişdi.
Roma imperiyasının parçalanması. 330-cu ildə imperator Konstantinin təşəbbüsü ilə paytaxt qədim yunan şəhəri Vizantiyə (Bizansa) köçürüldü. Yeni paytaxt Konstantinopol adlandı.
395-ci ildə Roma imperatoru imperiyanı iki oğlu arasında bölüşdürdü. Beləliklə, paytaxtı Konstantinopol olan Şərqi Roma (Bizans) və paytaxtı Roma şəhəri olan Qərbi Roma imperiyaları yarandı. Bütün İtaliya, Avropanın və Afrikanın qərbi Qərbi Roma imperiyasının hakimiyyəti altında qaldı.
* Kolonlar — latınca “kolonus” sözündən olub, əkinçi deməkdir.