Senat üsyançılara qarşı yeni böyük ordu göndərdi. Ordunun komandanı Krass idi. O, üsyançıların yolunu kəsib onları tələyə saldı. Spartak üsyançılara “acından ölməkdənsə, qılınc zərbəsindən ölmək daha yaxşıdır” sözləri ilə müraciət etdi və onları Krassın istehkamları üzərinə hücuma apardı.
E.ə. 71-ci ildə Roma qoşunları ilə son döyüşdə Spartak həlak oldu. Krassın və onun köməyinə yetişən Pompeyin qoşunları üsyançıları darmadağın etdi. Romalılar Kapuyadan Romaya gedən yol boyunca 6 min qulu çarmıxa çəkdilər.
Sizin fikrinizcə, Spartak nə üçün bu sözlərlə qullara müraciət etdi?
Spartak üsyanının başvermə səbəbini və nəticəsini izah edin.