Onlar tabe etdikləri tayfaları “Parçala və hökmranlıq et!” siyasəti yürüdərək idarə edirdilər.
Bütün İtaliyanı tutduqdan sonra Roma Siciliya adasını da ələ keçirmək istədi. Bu adanın bir hissəsini Şimali Afrikada yerləşən Karfagen dövləti ələ keçirmişdi. Adanın qalan hissəsini də ələ keçirmək istəyən Karfagenlə Roma arasında fasilələrlə davam edən müharibələr baş verdi. Romalılar karfagenliləri punlar adlandırdığına görə bu müharibə tarixə Pun müharibələri adı ilə daxil oldu.
Pun müharibələrinin gedişində Sardiniya, Korsika və Siciliya adaları Roma tərəfindən işğal olundu. Karfagen şəhəri tamam dağıdılıb yandırıldı. Roma senatının qərarı ilə Karfagen Romanın əyaləti elan edildi.
Roma ordusunun işğal etdiyi torpaqları müəyyənləşdirin.