Romanın tarixi padşahlıq, respublika* və imperiya dövrlərinə bölünür.
Padşahlıq dövrü. Romanın ən qədim sakinlərinin nəslindən olanlar özlərini patrisilər (latın dilindəki pater — ata sözündən götürülmüşdür) adlandırırdılar.
Patrisilərin “ağsaqqallar şurası” var idi. Bu şura latın dilində “senat”, onun üzvləri senator adlanırdı. Senatorlar öz sıralarından bir nəfəri ömürlük padşah seçirdilər.
Romaya sonradan köçüb gələnlərə plebeylər deyilirdi. Onlar orduda xidmət edirdilər.
Respublika dövrü. Bu dövrdə senatın nüfuzu artdı. Senat maliyyə işlərinə baxır, müharibə və sülh məsələlərini həll edirdi.
Roma Respublikasının idarəedilmə qaydalarını təsvir edin.
* Respublika — latın dilində “ictimai iş”, “ümumi iş” deməkdir.