Sizin fikrinizcə, İskəndərin Hindistanın işğalını yarımçıq qoymasının səbəbi nə idi?
O bu torpaqları görməyə can atırdı. Böyük sərkərdə Hindistanın şimal-qərbinə hücum etdi. Əhali ciddi müqavimət göstərdi. İskəndərin ordusu uzunmüddətli döyüşlərdən yorulmuşdu. Ona görə də o, Hindistanın fəthini yarımçıq qoyub geri döndü. Yolda qızdırma ilə müşayiət olunan xəstəliyə tutulması ona Makedoniyaya çatmağa imkan vermədi. İskəndər 33 yaşında, elə yoldaca vəfat etdi.
Makedoniyalı İskəndər böyük imperiya yaratmışdı. Bu imperiya Balkan yarımadası və Misirdən başlayaraq Hindistana qədər böyük bir ərazini əhatə edirdi. Lakin ölümündən bir qədər sonra bu böyük imperiya ayrı-ayrı padşahlıqlara parçalandı.