III Dara e.ə. 330-cu ildə özünün Baktriyadakı satrapı Bess tərəfindən öldürüldü. Beləliklə, nəhəng Əhəmənilər imperiyası süqut etdi.
İskəndər böyük bir qoşunla Hindistan üzərinə yürüşə başladı. Qanlı döyüşlərdən sonra o, Hind çayına qədər irəlilədi. Çoxsaylı hind qoşununa qalib gələrək geniş ərazilər qət etdi. İskəndər eşitmişdi ki, Şərqdə onun ordusunun dayandığı yerdən 12 günlük məsafədə çox bərəkətli sahilləri olan Qanq çayı axır.