Qavqamel döyüşünün nəticəsini dəyərləndirin.
Finikiyanın digər şəhərləri və Misir İskəndərə döyüşsüz tabe oldu. Misir kahinləri İskəndəri firon və tanrı adlandırdılar.
Bundan sonra İskəndər Mesopotamiyaya doğru hərəkət etdi. Əhəməni padşahı III Dara İskəndərə qarşı böyük ordu toplamışdı.
Həlledici döyüş Qavqamel adlı yerdə baş verdi. Qavqamel döyüşündə də İskəndər qalib gəldi. Əhəməni hökmdan III Dara ölkənin şərqinə qaçdı.