Olimpiya oyunlarına qoyulan şərtləri müəyyən edə bilərsinizmi?
Olimpiya oyunları. Qədim Yunanıstanda dörd ildən bir keçirilən idman yarışlarını Olimpiya oyunları adlandırırdılar. Yarışlarda, əsasən, varlılar iştirak edirdilər. Qadınlara Olimpiya oyunlarına getmək qadağan idi. Bu qaydanı pozan qadına ölüm cəzası verilirdi.
Olimpiya oyunları zamanı Yunanıstanda müharibələr dayandırılırdı.
Yarış qaliblərini zeytun ağacının budaqlarından hörülmüş çələnglə mükafatlandırırdılar. Vətənlərində isə onlara heykəl qoyulurdu.
Yunanlar il hesabını ilk Olimpiya oyunlarının keçirildiyi tarixdən hesablayırdılar. İlk Olimpiya oyunları e.ə. 776-cı ildə keçirilmişdir. Qədim Yunanıstanda olduğu kimi, indi də hər dörd ildən bir Olimpiya oyunları keçirilir.
Yunan yazısı bir sıra əlifbalar, o cümlədən latın və kiril əlifbaları üçün əsas olmuşdur.
Olimpiya oyunları