Məşhur memar və heykəltəraş Fidi ilahə Afinanın 12 metr hündürlüyündə qızıldan və fil sümüyündən lövhələrlə işlənmiş heykəlini düzəltmişdi.
Elm. İoniya Yunanıstanın elm mərkəzlərinə çevrilmişdi. Adları müasir dövrümüzə qədər gəlib çıxmış o dövrün alimləri Demokrit, Hippokrat, Herodot və Aristotel elmə öz töhfələrini verdilər.
Afinalı Demokrit bütün dünyanın ən xırda zərrəciklərdən — atomlardan ibarət olduğunu söyləyirdi.
Həkim Hippokratın və onun şagirdlərinin düzgün qidalanma, dərmanlar və cərrahiyyə əməliyyatları haqqında əsərləri tibbin inkişafına böyük töhfə oldu.
E.ə. V əsrdə tarix elminin əsası qoyuldu. Herodot yunan — Əhəməni müharibələrinin tarixini yazdı. Herodotun “Tarix” kitabı Yunanıstan, Ön Asiya və Misirin, eləcə də Azərbaycanın qədim tarixini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Herodotu bu gün də “Tarixin atası” adlandırırlar.
Aristotel bütün elmi bilikləri ayrı-ayrı sahələr üzrə böldü və onlara botanika (yunanca bitki), fizika (təbiət), politika və s. ayrı-ayrı adlar verdi.