Memarlıq və heykəltəraşlıq. Hər bir yunan şəhərində ictimai binalar, məbədlər, məktəblər, teatrlar tikilir və heykəllər ucaldılırdı. Afinanın baş meydanı aqora idi.
Aqoranın bir hissəsində ticarət köşkləri, digərində hökumət binaları, məbədlər yerləşirdi.
Afinanın akropol adlanan hissəsində Yunanıstan memarlığının möcüzəsi hesab edilən gözəl binalar tikilmişdi. Bunlardan ən möhtəşəmi ilahə Afinanın şərəfinə tikilən Parfenon məbədi idi.
Yunan memarlığında dorik, ionik, korinf sütunlarından və çardaqdan geniş istifadə olunurdu.
Yunanıstanda heykəltəraşlıq da inkişaf etmişdi. Onlar inandıqları tanrıları, tanınmış şəxsiyyətlərin, alimlərin heykəllərini düzəldirdilər.