Müharibə və sülh məsələləri də xalq yığıncağında həll olunurdu. Xalq yığıncağında 20 yaşdan başlayaraq bütün azad Afina vətəndaşları (kişilər) iştirak edə bilərdilər.
E.ə. 443-cü ildə xalq yığıncağı strateq vəzifəsinə varlı ailədən olan Perikli seçdi. Perikl ömrünün sonuna kimi, 15 il ərzində hər il strateq seçilirdi. Onun dövründə yoxsul vətəndaşlar bütün vəzifələri tuta bilərdilər. Afinada dövlətin bu cür idarə olunması “demosun hakimiyyəti” demək idi. Bu, quldarlıq demokratiyası adlanırdı.