Müharibələr yunanların qələbəsi ilə başa çatdı. Əhəmənilər Egey dənizi adalarında və Kiçik Asiyada olan yunan şəhərlərinin müstəqilliyini tanımağa məcbur oldular. Onların hərbi donanmasına Egey dənizində üzmək qadağan edildi. Yunanlar Aralıq dənizi hövzəsində hakim qüvvəyə çevrildi. Bundan sonra afinalıları “dəniz sahibləri” adlandırmağa başladılar.
Afina quldarlıq demokratiyası. Afina Yunanıstanın ən güclü və ən varlı şəhərdövləti olmuşdu. Afinada ali hakimiyyət xalq yığıncağına məxsus idi. Yığıncaq qanunlar qəbul edir, strateq və başqa vəzifəli şəxsləri seçirdi.
Afinada xalq yığıncağı hansı məsələləri həll edirdi?