Yunanlarla Əhəmənilər arasında döyüşlərin başvermə ardıcıllığını müəyyən edin.
Yunanların harbi gəmilərini təsvir edin.
Əhəməni hərbi gəmiləri qələbə çalacaqlarına inanaraq dar boğaza girdilər. Salamin dəniz vuruşması baş verdi. Triyeralar Əhəmənilərin böyük gəmilərinə nisbətən sürətlə hərəkət edirdilər. Yunan dənizçiləri onların avarlarını qırır, yanlarını deşirdilər. Əhəməni donanması nizamı pozulduğundan gah bir-birinə dəyir, gah da sualtı qayalara çırpılıb parçalanırdı. Bu döyüşdə Əhəməni donanması məğlub oldu.
Plateya döyüşü. Plateya şəhəri yaxınlığında Əhəmənilərin qalan qüvvələri ilə yunanlar arasında döyüş baş verdi. Bu döyüşdə yunanlar qalib gəldilər, lakin dəniz döyüşləri fasilələrlə e.ə. V əsrin ortalarına qədər davam etdi. Ona görə də yunan şəhərdövlətləri öz aralarında ittifaq yaratdılar. Bu ittifaqa Afina başçılıq edirdi. Afina dəniz ittifaqı Əhəməni donanmasını məğlubiyyətə uğratdı.