18. YUNANLAR İŞĞALÇILARA QARŞI. AFİNA
QULDARLIQ DEMOKRATİYASI

Marafon, Fermopil, Perikl

Yunan şəhər-dövlətlərinin coğrafi mövqeyini təsvir edin.

Yunan koloniyalarının yaranmasının səbəblərini müəyyənləşdirin.

Aralıq dənizi və Qara dəniz sahillərində yunan şəhər-dövlətlərinin yaranması. Yunanlar vətənlərini Ellada, özlərini ellinlər adlandırırdılar. Onlar gəmi ilə İon, Egey və Aralıq dənizlərinə, hətta uzaq Qara dəniz sahillərinə qədər gedirdilər. Bu dəniz səfərlərinin nəticəsində Qafqazdan İspaniyayadək olan dəniz sahillərində yunan koloniyaları meydana gəlmişdi. Hər bir koloniya ayrıca şəhər-dövlət idi. Hər şəhər-dövlətin öz hökmdarı, qoşunu, xəzinəsi və pulu var idi.