Lakonika və Messeniyada hilotlarla yanaşı, azad adamlar da var idi. Onlar spartalılara vergi verirdilər.
Spartalıların hamısı döyüşçü idi. Hətta yatanda da onların silahları yanlarında olurdu. Hərbi qaydanı pozanlar, qorxaqlar sərt cəza alırdı. Sparta ordusu falanqa* adlanırdı.
Solon islahatlarından sonra baş vermiş dəyişiklikləri müəyyən edin.
* Falanqa — piyada qoşunun döyüş düzülüşüdür. Piyadalar nizələri qarşıya uzadıb sıra ilə düzülürdülər.