TƏHLÜKƏSİZLİK QAYDALARI |
|
1. Elektrik ötürücülü tikiş maşınının hansı müsbət cəhətləri
vardır?
2. Elektrik ötürücülü tikiş maşınının işəhazırlanma ardıcıllığı necədir? 3. Maşını boş hərəkətə necə keçirmək olar? 4. Maşını işlək hərəkətə necə keçirmək olar? |
|
PRAKTİK İŞ
MAŞIN TİKİŞLƏRİNİN YERİNƏ YETİRİLMƏSİ |
Resurslar: tikiş maşını, ölçüsü 15X20 sm olan pambıq parçadan iki detal, xətkeş, sap, qayçı
1. Tikiş maşınını işə hazırlayın.
2. Şəkil 1-də göstərildiyi kimi, üst-üstə qoyulmuş detallarda maşın tikişlərini yerinə yetirin.
3. Tikişin uzunluğu 4 mm olmaqla 1 -ci və 3-cü tikişləri yerinə yetirin.
4. Tikişin uzunluğu 3 mm olmaqla 2-ci tikişi yerinə yetirin.