|
Siz hansı tərəvəzləri tanıyırsınız?
|
İnsanın sağlam qidalanmasını tərəvəzsiz təsəvvür etmək mümkün deyil. Tərəvəzlərin tərkibində orqanizmin normal həyat fəaliyyəti üçün böyük miqdarda zəruri vitaminlər, mineral maddələr var.
Sarımsaq, soğan və turp kimi tərəvəzlərin tərkibində xəstəliktörədən bakteriyaların, göbələk və virusların inkişafını ləngidən maddələr var.
Tərəvəzlərin saxlanma və aşpaz emalı zamanı vitaminlərin qorunmasını təmin etmək üçün müəyyən qaydalara riayət etmək lazımdır:
– Tərəvəzləri +1° C-dən +3° C-yə qədər temperaturda qaranlıq yerdə saxlamaq lazımdır;
– İsti emal zamanı tərəvəzlərdə C vitamininin saxlanması üçün oksidləşən qabdan istifadə (üst qatı olmayan metaldan) edilməməlidir;
– Tərəvəzləri duz qatılmış qaynayan suda bişirmək lazımdır;
– Şorbalar üçün nəzərdə tutulmuş soğan, yerkökü, ağ soğanaqları olan cəfəri, kərəviz və s. tərəvəzləri qaynatmazdan əvvəl yağda qızartmaq lazımdır;
– Bişirmə zamanı tərəvəzlərin hava ilə təmasını maksimum azaltmaq lazımdır. Tərəvəzlərin üzəri su ilə tam örtülməli, qazanın ağzı qapaqla sıx bağlanmalıdır.
Aşpazlıqda tərəvəzlər qidada istifadəedilmə üsuluna görə bir neçə qrupa bölünür.
Tərəvəzlər qrupu | Tərəvəzlərin adı |
Meyvəköklülər | Şalğam, çuğundur, yerkökü, turp, qırmızı turp, soğanaqlı cəfəri və kərəviz |
Kök yumrusu | Kartof, yer badamı, batat (şirin kartof) |
Kələmfəsiləlilər | Ağ və qırmızıbaş kələm, gül kələm |
Qabaqfəsiləlilər | Xiyar, qabaq, yunan qabağı |
Paxlalılar | Noxud, lobya, paxla, yer fındığı |
Quşüzümü fəsiləlilər | Pomidor, badımcan, şirin bibər |
Yarpaqlılar | Kahı, vəzəri |
Soğanaqlılar | Şalğamaoxşar soğan, sarımsaq, kəvər |