Maxara hazırlamaq üçün resurslar: süd - 500 ml; yumurta - 2 ədəd; duz - bir çimdik; şəkər - 3 xörək qaşığı; buğda unu -1,5 stəkan; bitki yağı - 2 xörək qaşığı; qabartma tozu - bir çay qaşığı
Maxaranın hazırlanma ardıcıllığı:
Maxaranın hazırlanması üçün yumurtalar mətbəx qarışdırıcısı ilə yaxşıca çırpılır və üzərinə şəkər tozu əlavə edilərək qarışdırılır.
Bundan sonra məhlula süd əlavə edilir, qarışdırılma prosesi davam etdirilir. Daha sonra məhlulun üzərinə un, duz və qabartma tozu əlavə edilib qarışdırıcı ilə qarışdırılır. Daha sonra sac qızdırılır, yağlanır.
Hazırlanan xəmirdən bir stəkan sacın üzərinə tökülür (şəkil 3, a) və hər iki tərəfi qızardılır (şəkil 3,b).