Blinin alt tərəfi qızarıb və üstündə dəliklər yarandıqda, onu çevirmək lazımdır. Hazır blinlər üst-üstə yığılır, kərə yağı ilə yağlanır.
Blin masaya ərinmiş kərə yağı, xama, mürəbbə, bal və s. ilə verilir (şəkil 2).
Blinlər çox vaxt kəsmik, qiymə ət, düyü və s. içliklə konvert və ya borucuq şəklində bükülərək qızardılır.
Azərbaycanın şimal-qərb bölgəsinin, əsasən, Zaqatala-Balakən rayonlarının milli mətbəxinin əsas yeməyi duru xəmirdən sac üzərində bişirilən maxaradır. Dadı blinə oxşasa da, bişirilmə qaydası fərqli olan maxara öz formasına görə günəşə bənzəyir. Maxara sacda bişirildiyindən xəmirin kənarları süzülərək günəşin şüalarını xatırladan saçaqlar əmələ gətirir.
Azərbaycanın milli sac yeməyi maxaranın resepti blinin resepti ilə eynidir.