• Şagird sinif yoldaşları ilə münasibətdə nəzakətli olmalıdır. İrəlidə gedənin kitabı, qələmi və ya çantası yerə düşərsə, götürməyə kömək etməlidir;
• Ciddi və səmimi olmalıdır;
• Sinif yoldaşlarına kobud və sərt sözlər deməməlidir;
• Müraciət edəndə “Zəhmət olmasa” deməyi unutmamalıdır. Çünki bu, insanlar arasında gözəl münasibət yaradan sehrli ifadədir;
• Kömək edənə təşəkkür etməlidir;
• Ətrafdakılar üçün səliqəli, çalışqan və tərbiyəli insan nümunəsi olmalıdır;
• Sinifdəki şagirdlər sizin yoldaşlarınızdır. Əgər onlardan biri sizi daha yaxşı başa düşürsə, o sizin dostunuzdur. Dostunuz nə isə pis hərəkət etmək istəsə, onu bu əməldən çəkindirin və səhv etdiyini ona başa salın.
Ədalətli olmalıdır. Hərəkətlərini götür-qoy etməli və lazım gələrsə, günahını etiraf etməyi bacarmalıdır. Bu hərəkətinizlə hamıya dürüst və ədalətli insan olduğunuzu sübut edəcəksiniz. Təsadüfən etdiyiniz doğru olmayan hərəkətə görə üzr istəməyi bacarmalısınız. Yalnız ədalətsiz insan öz səhvlərini etiraf etməkdən və üzr istəməkdən imtina edə bilər.
Səbirli olmalıdır. Ətrafdakıların davranışında nə isə xoşunuza gəlmirsə, hirslənməyin, qışqırmayın, dava etməyin, ağlamayın! Biranlıq dayanın və fikirləşin: “Bəlkə, mən özüm düzgün etmirəm?” Həmişə əvvəlcə fikirləşin, sonra hərəkət edin!
|
1. Dərs zamanı şagirdlərin davranış qaydaları hansılardır?
2. Tənəffüs zamanı şagirdlərin vəzifəsi nədən ibarətdir? 3. Məktəbdə hansı hərəkətləri etmək qadağandır? 4. Yeməkxanada şagirdlər hansı davranış qaydalarına riayət etməlidir? 5. Şagird öz yoldaşları ilə necə ünsiyyət qurmalıdır? |