4. Süd şorbalarını isti vəziyyətdə, dərin boşqablarda süfrəyə vermək lazımdır. Şorba və sıyıq olan boşqaba bir tikə kərə yağı qoymaq olar.Süd sıyıqları isə xırda boşqablarda verilir. Süfrəyə verməmişdən əvvəl kərə yağı əlavə edilir.
|
1. Südün tərkibinə nə daxildir?
2. Hansı süd məhsullarını tanıyırsınız? 3. Südün keyfiyyətli olduğunu necə yoxlamaq olar? 4. Süd satışa hansı növlərdə buraxılır? 5. Südlü şorba və sıyıqların hazırlanma texnologiyası necədir? 6. Süddən olan hazır xörəklərin keyfiyyətinə hansı tələblər qoyulur? |
|
PRAKTİK İŞ
SÜDLÜ DÜYÜ SIYIĞI
|
Ərzağın adı | Ərzağın miqdarı |
Hazırlanma ardıcıllığı |
Qab-qacaq və avadanlıq |
Süd | 3 stəkan | Qaynatmaq | Qazan |
Düyü | 1 stəkan | Yumaq. Südə töküb, 15–20 dəq. qatılaşana qədər qarışdıra-qarışdıra bişirmək |
Qazan, xörək qaşığı |
Duz | Zövqə uyğun olaraq | Süd qarışığına əlavə etmək | Çay qaşığı |